ABŞ Çinin 3 şirkətinə qarşı sanksiya tətbiq edib
Dünya
1876
20 Oct 2023 | 20:36

ABŞ Çinin 3 şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ Çinin 3 şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O, ABŞ-nin ballistik raket istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərinə əsaslanaraq sanksiya qərarı verdiyini açıqlayıb.

Söhbət "General Technology Limited", "Beijing Luo Luo Technology Development Co Ltd" və "Changzhou Utek Composite Company Ltd" şirkətlərindən gedir.

Bundan əvvəl oktyabrın 17-də ABŞ Çindən olan 13 şirkətə qarşı ixrac məhdudiyyətləri qoyub.

Link kopyalandı!
Son xəbərlər