Azərbaycan sentyabrda OPEC kvotasını təxminən 72 % istifadə edib
İqtisadiyyat
1771
19 Oct 2023 | 13:27

Azərbaycan sentyabrda OPEC kvotasını təxminən 72 % istifadə edib

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barel olub.
 
Moderator.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 491 min barelini xam neft, 116 min barelini kondensat təşkil edib.
 
Bununla da Azərbaycan OPEC kvotasını 71,8 % istifadə edib.
 
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər