İsveçli iqlim fəalı Qreta Tunberq Britaniyada saxlanılıb
Dünya
1890
17 Oct 2023 | 20:34

İsveçli iqlim fəalı Qreta Tunberq Britaniyada saxlanılıb

Londonda neft şirkətlərinin illik toplantısının keçirildiyi hotelin qarşısında iqlim fəalları etiraz aksiyası keçiriblər.

 

İsveçli iqlim fəalı Qreta Tunberq aparıcı neft şirkətlərinin iştirak etdiyi "Enerji Kəşfiyyat Forumu" toplantılarına qarşı etiraz aksiyasında saxlanılıb.

 

Nümayişçilər nazirlər, xarici diplomatlar və neft şirkətlərinin rəhbərləri də daxil olmaqla iştirakçıların otelə daxil olmasına mane olmaq üçün yolu bağlamağa cəhd ediblər.

 

Etirazçı kütləyə müdaxilə edən polis, aralarında Tunberqin də olduğu 6 nəfərin saxlanıldığını açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər