BQXK-nin Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb
Cəmiyyət
1871
17 Oct 2023 | 10:37

BQXK-nin Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 5 ofisindən heç biri, o cümlədən Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb.

Bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, Xankəndidə olan ofis də heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq: "Qurumun illik hesabatlarında da Qarabağ hər zamanın Azərbaycanın ərazisi kimi qeyd olunub".

Link kopyalandı!
Son xəbərlər