Doqquz ayda qaz hasilatı 5 faiz artıb
İqtisadiyyat
1736
16 Oct 2023 | 16:30

Doqquz ayda qaz hasilatı 5 faiz artıb

Cari ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ay ərzində respublikada 36,1 milyard kubmetr təbii qaz hasil edilib.
 
Energetika Nazirliyindən Moderator.az-a bildirilib ki, qazın 9,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 19,7 milyard kubmetri “Şahdəniz”dən, 0,4 milyard kubmetri “Abşeron”dan, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.
 
Hesabat dövründə xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,3 milyard kubmetr qaz nəql olunub.
 
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin oktyabr ayınadək “Azəri-Çıraq-Günəşli”dən 213 milyard kubmetr, “Şahdəniz”dən isə 202,5 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetri ixraca nəql edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər