Qadın sağlamlığı üçün 4 məsləhət
Sağlamlıq
2040
14 Oct 2023 | 18:19

Qadın sağlamlığı üçün 4 məsləhət

Qadın və kişi arasındakı bioloji fərqlilik sağlamlıq baxımından da dəyişir. Yəni, qadınların səhhətində problemlər kişilərdən fərqli olaraq, daha sürətli arta bilər.

Soyuqdəymə: 2 xörək qaşığı ardıc giləmeyvəsini 0,5 litr suya tök. Məlhəmi səhərə kimi vam odda saxla. Gün ərzində yeməkdən sonra bu sudan iç.

Uşaqlıq yolunun sallanması: 100 qr. dəvədabanını, 75 qr. badrənci və mərzəni qarışdır. Gecə termosa 750 ml. su töküb, içərisinə qarışıqdan 2 xörək qaşığı əlavə edib, səhərə kimi saxla. Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl bu məlhəmdən iç.

Uşaqlıq yolu eroziyası: Xırda doğranmış palıd kökündən 2 xörək qaşığı götürüb, 0,5 litr suya töküb, vam odda bir saat qaynat. Səhər və axşam bu su ilə yuyunun.

Uşaqlıq yolu göynəməsi: 3 xörək qaşığı sürvəni 600 ml. su ilə qarışdırıb, bir gecə termosda saxla. Gün ərzində bu məlhəmdən 1 stəkan iç. Eyni zamanda sürvəli su ilə yuyun.

Link kopyalandı!
Son xəbərlər