Britaniya səfiri Bərdədə Qadın Resurs Mərkəzini ziyarət edib - FOTO
Siyasət
1603
13 Oct 2023 | 17:40

Britaniya səfiri Bərdədə Qadın Resurs Mərkəzini ziyarət edib - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ölkəsinin maliyyələşdirdiyi Bərdədəki Qadın Resurs Mərkəzini ziyarət edib.

Moderator.az xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bərdədəki Qadın Resurs Mərkəzinin regionda qadınlara kömək etmək üçün böyük işlər gördüyünü görmək çox xoşdur. Səfərim zamanı onların hekayələrini dinlədim və yeni tikilən müəssisələrə baş çəkdim. Biz bunun bir hissəsi olmaqdan xoşbəxtik”,- paylaşımda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər