KİV: HƏMAS uşaqlar da daxil olmaqla 100-dən çox insanı girov götürüb - VİDEO
Gündəm
1731
13 Oct 2023 | 11:24

KİV: HƏMAS uşaqlar da daxil olmaqla 100-dən çox insanı girov götürüb - VİDEO

Fələstinin radikal HƏMAS hərəkatı İsraildəki hücumlar zamanı girov götürülən azı 64 nəfəri Qəzza zolağına gətirib.

“The Washington Post” (WP) nəşrinin əməkdaşları müxtəlif videomaterialları təhlil edərək bu qənaətə gəliblər.

Bildirilir ki, bu 64 nəfər arasında 49-u mülki şəxs (o cümlədən doqquz uşaq), 11-i isə İsrail hərbçiləridir.

“Dördündə mülki vətəndaş, yoxsa hərbçinin əsir götürüldüyünü müəyyən etmək mümkün olmayıb”, - deyə materialda qeyd edilir.

Nəşrdə verilən hesablamalara görə, HƏMAS hücumlar zamanı azı 106 nəfəri (95 böyük və 11 uşaq) girov götürüb. Qəzza zolağına aparılanlardan əlavə, 16 nəfər İsrailin içərisində görüntülənib.

Jurnalistlər mövcud foto və videoyazılar əsasında qalan 26 girovun yerini müəyyən edə bilməyiblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər