14:28
10°C
Bakı
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika zonası üzrə seçmə mərhələsində bir neçə oyun keçirilib.
son dünya çempionu Argentina yığması öz meydanında Paraqvayı məğlub edib - 1:0. Yeganə qolu Nikolas Otamendi vurub.
Braziliya Venesuela ilə qarşılaşmada xal itirib. Qabriel “sambaçılar”ı hesabda irəli keçirsə də, Eduard Bello qonaqlara xal qazandırıb.
Digər matçlara gəlincə, Uruqvay Kolumbiya ilə heç-heçəyə razılaşıb, Ekvador Boliviya səfərindən qələbə ilə dönüb, Çili isə Perunu əliboş yola salıb.
Üç turdan sonra maksimum nəticə göstərən - doqquz xal toplayan Argentina yığması liderdir. Braziliya yeddi xalla ikinci, Kolumbiya isə beş xalla üçüncüdür.