Bizi sosial şəbəkələrdən izləyin:
3-cü “Korkut ata” Türk Dünyası Film Festivalının bağlanış mərasiminə qatılan xalq artisti Cahangir Novruzov Moderator.az-a açıqlamasında Bakıya Mədəniyyət Nazirliyinin dəvəti ilə gəldiyini bildirib.
“Bu festival Azərbaycan kinosunun şölənidir. Böyük zövq yaşayıram. 3-4 gün gün bundan öncə Mədəniyyət Nazirliyindən mənə zəng edib dedilər ki, ayın 13-də Türk Dünyasının 1-ci Mədəniyyət forumu keçiriləcək. Sözün düzü mən 20 ildir bu sözü eşitmək istəyirdim. 20 ildir gözləyirdim. Mənim üçün türk dünyasının mədəniyyətinin birləşməsi hər şeyin birləşməsidir. Oktyabrın 13-də Şuşada hörmətli cənab prezidentimizlə, Qarabağın fatehi ilə birlikdə o forumda olacağıq. Forumda türk dünyasının mötəbər insanları, sənət adamları, bir çox şəxsiyyətlər olacaq. Buna görə çox xoşbəxtəm. Çünki bir gün bu olmalı idi. Bu sözlərə görə Hüseyn Cavid əziyyət çəkib ölüb. Amma bu gün onun sözünün üstünə gəlirlər. Nədir onun sözü? “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”.
Mədəniyyətimiz, elmimiz, biliyimiz, gücümüz bizi birləşdirəcək. Bu birləşmədə də böyük rolu həm siyasət, həm də mədəniyyət yaradır. Mədəniyyət siyasətin sağ əlidir” deyə sənətkar bildirib.