Naxçıvanın daha 2 kəndində əhalinin içməli su problemi həll edilir
Cəmiyyət
1650
10 Oct 2023 | 21:21

Naxçıvanın daha 2 kəndində əhalinin içməli su problemi həll edilir

Naxçıvanın daha 2 kəndində əhalinin içməli su problemi həll edilir.

Babək rayonunun Sirab kəndində yeni subartezian quyusu qazılıb.

Sirabla yanaşı, Güznüt kəndində də su sistemləri yenilənir. Hazırda rayonun Güznüt kəndində 160 mm-lik 6 atmosfer təzyiqə davamlı 2700 metrlik plastik boru xətlərinin qaynaq işləri aparılıb. 2700 metr xətlərdə isə qazıntı işləri görülüb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin mütəxəssisləri tərəfindən aparılan iş prosesi bütün mühəndis texniki qaydalarına əməl olunaraq yerinə yetirilir.

Qeyd edək ki, bu işlər Babək rayonunun Sirab kəndini də əhatə edib. Kənddə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Kənddə əvvəlcədən qazılmış subartezian quyuları istismar müddətini başa vurduğundan yeni subartezian quyusu qazılıb. Dərinliyi 60 metr olan yeni subartezian quyusu saatda 25 kubmetr su vurmaq gücünə malikdir.

Hazırda çəkilişi davam edən 5 min metrə yaxın su xəttinin artıq 3 min metri yekunlaşıb. Digər hissələrdə isə qaynaq işləri aparılır.

Qeyd edək ki, yenidənqurma və təmir-bərpa işləri nəticəsində həm də istifadəyə yararsız borular yeniləri ilə əvəzlənir.

Link kopyalandı!
Son xəbərlər