Cənubi Afrikada baş verən yanğında 6 hərbçi həlak olub
Dünya
1785
07 Oct 2023 | 18:47

Cənubi Afrikada baş verən yanğında 6 hərbçi həlak olub

Cənubi Afrika Respublikasının mərkəzi hissəsində yerləşən Lohatla şəhəri yaxınlığındakı hərbi təlim bazasında baş verən yanğın nəticəsində ordunun ən azı altı əməkdaşı həlak olub.

Bu barədə yerli “The South African” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, daha üç əsgər ağır yaralanıb.

Yanğın döyüş hazırlığı mərkəzində baş verib, onun səbəbi hələ müəyyən edilməyib.

Link kopyalandı!
Son xəbərlər