DTX tərəfindən qandallanıb Bakıya gətirilən David İşxanyan kimdir? - QARA DOSYE
Gündəm
3326
03 Oct 2023 | 20:43

DTX tərəfindən qandallanıb Bakıya gətirilən David İşxanyan kimdir? - QARA DOSYE

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdiyi cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

David İşxanyanla yanaşı Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan da saxlanılaraq Bakıya gətirilib. 

 

 David İşxanyanın dosyesini təqdim edirik:

 

1968-ci il dekabrın 28-də Martuni (Xocavənd) rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.

 

Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib.

 

Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.

 

1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür.

 

1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib.

 

2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.

 

1988-ci ildə Yuxarı Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib. (Musavat.com)

Link kopyalandı!
Son xəbərlər