FT: Hindistan Kanadadan 40-a yaxın diplomatı geri çağırmağı tələb edib
Dünya
2514
03 Oct 2023 | 09:10

FT: Hindistan Kanadadan 40-a yaxın diplomatı geri çağırmağı tələb edib

Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək vətənə qayıtmasını tələb edib.

Bildirilib ki, Yeni Dehli qeyd olunan tarixdən sonra bu siyahıdan Hindistanda qalacaq Kanada nümayəndələrini diplomatik toxunulmazlıqdan məhrum etməklə hədələyib.

Həm Kanada XİN, həm də Hindistan hökuməti nəşrin sorğusuna cavab verməkdən imtina ediblər.

Xatırladaq ki, Kanada sentyabrın əvvəlində Kanada siqh icmasının lideri Hardip Sinqh Nicarın iyun ayında öldürülməsi ilə əlaqədar Hindistanla azad ticarət danışıqlarını dayandırıb. Ottava Hindistan xüsusi xidmət orqanlarının bunda əli ola biləcəyini güman edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər