Nəhayət, Rusiya “sülhməramlı”larının xəbərində “Stepanakert”- mötərizədə (Xankəndi) yazıldı...
Ekskluziv
3765
03 Oct 2023 | 08:01

Nəhayət, Rusiya “sülhməramlı”larının xəbərində “Stepanakert”- mötərizədə (Xankəndi) yazıldı...

Xankəndini Rusiya mötərizəsindən çıxarmağın yalnız bir həll yolu var...
 
Azərbaycan Silahlı Qüvvələrinin respublikamızın suveren Qarabağ ərazisindəki separatçı-terrorçu silahlı birləşmələrin təmizlənməsi əməliyyatından sonra, nəhayət, Rusiya həmin torpaqların dövlətimizə məxsusluğunu əsil mənada etiraf etməyə yaxınlaşıb.
 
Moderator.az-ın son araşdırmasından bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki “sülhməramlı” kontingentə aid bölməsindəki oktyabrın 2-ə aid xəbər bülletenində son 3 ilə yaxın müddətdəkindən  fərqli olaraq ““Stepanakert” və ardınca mötərizədə (Xankəndi) yazılıb.
 
Nəhayət, Xankəndi yaxınlığında  sentyabrın 19-dək silhalandırdıqları separatçı haylar tərəfindən atəşə tutulduqdan sonra bu şəhərimizin əsil adı bir az "yadlarına
düşdü"...
 
Fəqət, təəssüf ki, “sülhməramlı”ların xəbər bülletenində və gündəlik dislokasiya xəritələrində “Stepankert”lə yanaşı,  “Dağlıq Qarabağ”, “Mardakert”(Ağdərə), “Martuni”(Xocavənd), “Levonarx”(Göyarx), “Xramort”(Pirlər), “Qetavan”(Qozlukörpü) və s. toponim təhrifləri davam etdirilir.
 
P.S. “Sülhməramlı”larla bağlı bütün bu problemlərin, o cümlədən Xankəndini Rusiya mötərizəsindən çıxarmağın yalnız bir həll yolu var...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər