Alparslan Bayraktar: “Yeni dövrdə Azərbaycan ilə bir sıra layihələr həyata keçirəcəyik”
Siyasət
2187
29 Sep 2023 | 11:50

Alparslan Bayraktar: “Yeni dövrdə Azərbaycan ilə bir sıra layihələr həyata keçirəcəyik”

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Boru Kəməri (TANAP) kimi regionun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələri ilə yanaşı, yeni dövrdə bərpa olunan enerji, mədənçilik kimi sahələrdə də layihələr həyata keçiriləcək.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib

“Son bir neçə ildə iqlim böhranı, pandemiya, yüksək enerji və əmtəə qiymətləri, tədarük zənciri problemləri, Ukrayna-Rusiya müharibəsi kimi geosiyasi böhranlarla üzləşən enerji bazarımız iki ölkənin nümunəvi əməkdaşlığı sayəsində bu proseslərdən uğurla keçdi”, - deyə A.Bayraktar vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər