“Baş verənlər milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir” - AVCİYA rəhbəri
Siyasət
Oxunub: 2678
28 Sep 2023 | 13:07
“Baş verənlər milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir” - AVCİYA rəhbəri

Elxan Süleymanov: “Bu, İlham Əliyevin məharəti, dəmir iradəsi və qətiyyətinin nəticəsidir”

İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatması, Ermənistan baş naziri Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayaraq öz ölkəsinin kapitulyasiyasını etiraf etməsi, müharibədən sonra bölgədə yeni geosiyasi reallıqların yaranması Cənubi Qafqazda yeni dövrün əsasını qoydu: Bölgədə sülh, əməkdaşlı və əmin-amanlıq şəraitinin real olması kimi ümidlərə yol açdı. Azərbaycan 44-günlük müharibədə qalib tərəf olmasına baxmayaraq Ermənistanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda əməkdaşlıq və rifah mühiti formalaşdırmaq təklifi ilə çıxış etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlara başlamaq təşəbbüsü ilə çıxış etdi, sülh müqaviləsinin əsasını təşkil edəcək və beynəlxalq hüququn əsas prinsiplərini əks etdirən 5 müddəadan ibarət prinsipləri rəsmi İrəvana təqdim etdi.

 

prezident.jpg (545 KB)

 

Bununla bərabər Azərbaycan israrla müxtəlif danışıqlar platformasında iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsinin zəruriliyini ön plana çəkdi, müvafiq işçi qrupunun yaradılmasına nail oldu. Azərbaycanın davamlı səyləri nəticəsində iki ölkə arasında kommunikasiya xətlərinin – Zəngəzur dəhlizinin açılması istiqamətində üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) komissiya yaradıldı.

Lakin Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması təklifinə baxmayaraq, rəsmi İrəvan müxtəlif bəhanələrlə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırırdı. Belə ki, Üçtərəfli bəyanata əsasən Ermənistan Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq öz hərbi hissələrini və Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı qruplarının çıxarılmasını təmin etməli idi. Bundan əlavə, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını təmin etməli idi. Lakin rəsmi İrəvan üç ilə yaxın müddət ərzində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetimədi. Rəsmi İrəvan danışıqlar prosesini pozmaq, iki ölkə arasında sərhəd bölgəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törətməyə üstünlük verdi. Ermənistan Laçın yolundan humanitar məqsədlərlə deyil, qeyri-qanuni yüklərin daşınması üçün istifadə etdi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qeyri-qanuni erməni silahlı qrupları müxtəlif silah-sursatla, piyada və tank əleyhinə minalarla, hərbi texnika ilə təmin etmək, Azərbaycan ərazisində olan Ermənistan hərbçilərinin rotasiyasını həyata keçirmək, tez-tez müharibədən sonra yaranmış sabitliyi pozmaq və Azərbaycan mövqelərini atəşə tutmaq yolunu seçdi. Azərbaycan Ermənistanın Laçın yolundan cinayət məqsədilə istifadəsinin qarşısını almaq üçün “Laçın” nəzarət buraxılış məntəqəsi qurduqdan sonra öz havadarları olan Fransa ilə birlikdə beynəlxalq aləmdə ölkəmizin mənfi imicini formalaşdırmaq istiqamətində genişmiqyaslı kampaniyaya başladı, Fransa ilə birlikdə BMT Təhlükəsizlik Şurasının iclaslarını çağırdılar, dinləmələr keçirildi. Azərbaycan diplomatiyası Fransanı və Ermənistanı BMT TŞ müstəvisində məğlub etdi.

 

Lacin-serhed-buraxilis-menteqesi.jpg (115 KB)


Öz havadarları ilə birlikdə beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan informasiya müharibəsində, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanla sərhəd bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv şəkildə ölkəmizin hərbi mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmağa, Azərbaycan hərbi mövqeləri ilə üzbəüz istehkamlar quraşdırmağa, erməni diversiya qrupları Azərbaycanın 2020-ci ildə işğaldan azad edilmiş ərazilərində piyada və tank əleyhinə minalar quraşdırmağa üstünlük verdi, vəziyyəti gərginləşdirməkdə davam etdi. Nəticədə Ermənistanın və erməni separatçılarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda təxribatları daha intensiv, genişmiqyaslı və gündəlik xarakter aldı. Nəhayət, sentyabrın 19-da Xocavənd rayonu ərazisində qeyri-qanuni erməni silahlı qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda və Tağaverd yaşayış məntəqəsinin ərazisində yeni inşa olunan tunel yolunda qeyri-qanuni erməni silahlı birləşmələrinin diversiya qrupları tərəfindən əvvəlcədən quraşdırılmış minalara düşməsi nəticəsində 2 mülki vətəndaş və 4 polis həlak oldu.

Odur ki, Azərbaycan 19 sentyabr günorta saatlarında törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı qrupların tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək qarşı tərəfin legitim hərbi obyektlərini hədəf seçir, mülki əhalini hərbi obyektlərdən kənar dayanmağa çağırırdı.

Lokal antiterror tədbirləri zamanı bir günə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri birləşmələrinin quraşdırdığı 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycanın nəzarətinə keçdi, xeyli silah-sursat, hərbi texnika qənimət olaraq götürüldü, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirdilər. Azərbaycanın başladığı lokal antiterror tədbirləri erməni silahlı birləşmələri cəmi 24 saata yaxın davam etdi – erməni tərəfi Rusiya sülməramlıları vasitəsilə Azərbaycanın şərtləri çərçivəsində əməliyyatları dayandırmaq xahişi ilə müraciət etdilər. Faktiki olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, hərbi mövqelərdən çıxmaları və tərk-silah olmaları milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinin başlaması müjdəsi idi. Odur ki, Azərbaycan 20 sentyabr tarixdə saat 13:00 radələrində lokal antiterror tədbirlərinin başa çatdığını bildirdi.

 

agdere.jpg (76 KB)


Həmin gün Azərbaycan xalqına müraciət edən Ali Baş Komandan, Prezident İlham Əliyev lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam təmin edildiyini bəyan etdi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son üç il ərzində ikinci dəfə xalqımıza möhtəşəm Zəfər sevinci yaşatdı. Belə ki, 2020-ci il 9 noyabrda Azərbaycan əraziləri işğaldan azad edildi, 2023-cü ilin 20 sentyabrında isə Azərbaycanın dövlət suverenliyi bərpa edildi.

Hazırda canilər məsuliyyətə cəlb edilir, qandallanır, qondarma, separatçı rejim isə özünü buraxdığını elan etdi. Paralel olaraq reinteqrasiya prosesi həyata keçirilir.

vardan qandal.jpg (49 KB)

Əlbəttə, 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi, cəmi bir gün ərzində dövlət suverenliyinin tam bərpa edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharəti, dəmir iradəsi və qətiyyətinin nəticəsidir. Prezident İlham Əliyev son bir neçə yüzilliklər ərzində Azərbaycan xalqına Zəfər sevinci yaşadan, Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirən, beynəlxalq hüququ və tarixi ədaləti bərpa edən, cəmi üç il ərzində ərazilərimizi işğaldan azad edən və dövlət suverenliyini tam bərpa edən ilk dövlət başçısıdır.

Fürsətdən istifadə edərək, ildırım sürətli, peşəkar və dəqiq həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan dövlət suverenliyinin tam təmin edilməsi münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi AVCİYA kollektivi və öz adımdan təbrik etməkdən məmnunluq duyuram.

Fəxr edirəm ki, İlham Əliyev dövründə yaşayıram!

Elxan Süleymanov,
AVCİYA-nın prezidenti

Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA