05:57
10°C
Bakı
"Uzun müddət Bakıda qalmışam. Azərbaycanlılarla ermənilərin birgə yaşamasına çox müsbət yanaşıram".
“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməni sakini (adını açıqlamadı) deyib.
Onun sözlərinə görə, Azərbaycanda çoxlu sayda dostları olub: "Özüm həkiməm. Bakıda baş həkim Cəlilov dostum olub. Ürəyimdən əməliyyat olunmuşam. İndi növbəti dəfə müayinə üçün gedirəm İrəvana. Təbii ki müalicədən sonra Xankəndiyə qayıdacağam".
Onun sözlərinə görə, 40 ildir ki Xankəndidə yaşayır:
"Azərbaycanlılarla hər zaman dostluq münasibətlərimiz olub. Çoxlu sayda dostlarım olub. Hər iki xalqın inteqrasiya məsələsinə çox müsbət yanaşıram".