Kürdəmirdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB
Hadisə
4052
25 Sep 2023 | 16:13

Kürdəmirdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Kürdəmirdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlar rayonun Böhranlı kənd sakinləri Vüsal Hətəmxan oğlu Zərbalıyev və Şəbnəm Xidmət qızı Zərbalıyevadır.

15:29

Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

Məlumata görə, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.

Fakt araşdırılır. /Report/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər