“Nadir hallarda nəsə arzulayıram, bir arzum var ki...”-FOTOLAR
Ekskluziv
3698
24 Sep 2023 | 15:36

“Nadir hallarda nəsə arzulayıram, bir arzum var ki...”-FOTOLAR

“Artıq elə bir yaşdayam ki, doğum günüm də adi bir günə çevrilib”
“Bu gün mənim doğum günümdür. Artıq elə bir yaşdayam ki, doğum günüm də adi bir günə çevrilib. Ad günümü təntənə ilə, musiqi ilə deyil, öz ailəmin əhatəsində qeyd edirəm. Hər günümüzə şükürlər olsun” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Xalidə Quliyeva deyib. O daha sonra əlavə edib.
“Bu uzun yolda vətənimə uğurlar, xalqım üçün can sağlığı, qələbə, əmin-amanlıq arzulayıram. Buna əminəm və çox güman edirəm ki, hər şey, bütün gözəlliklər qarşıdadır. Vətənimizin yarı hissəsi düşmən tapdağı altında qalıb. İnanırıq ki, o torpaqların hamısı tezliklə bizə qayıdacaq. Bu gün onu göstərir. Sabah nə baş verəcəksə o sənin bu günki hərəkətindən asılıdır. Düzgün siyasət, ürəklə, sevgiylə görülən işin nəticəsi ancaq qələbədir. Hətta bu ərəfədə düşündüm ki, bir status yazım ki, bütün dostlarım, tanıdıqlarım eyni anda dua etsin. Cəm şəklində olan dua Allah dərgahında daha tez qəbul olunur. İnşallah, Allahın dediyi olsun. Allahın pənahında olaq. Allah şəhidlərimizin ruhunu şad etsin. Bu gün yaşamaqla onların ruhunu şad etməliyik. Onların ruhu o vaxt şad olar ki, biz torpağımıza yiyə durarıq” deyə aktrisa bildirib.
Xalq artisti sənəti ilə bağlı arzusunu da dilə gətirib.
“Bir arzum var. Mən nadir hallarda nəsə arzulayıram. Çox böyük ürəkli, əxlaqlı, səbrli, təmkinli, mətin Azərbaycan qadını obrazını oynamaq istərdim. Çox böyük ürəkli.. Dünyadan da böyük ürəyi olan ana obrazı... Sənətimlə bağlı tək arzum budur. Ümid edirəm ki, bu rolu da oynayacam” deyə xalq artisti bildirib.
Link kopyalandı!
Son xəbərlər