![İcma:](https://moderator.az/cphoto/670x420/2023/09/22/1695363977_eb8fc95a-7a51-31ef-9629-3540855a6ba1_850.jpg)
"BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanafob siyasətlərinin iç üzünü göstərib".
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki. Azərbaycanın öz ərazisində apardığı anti-terror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir: "Ermənistanın baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir".
"Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınayırıq. Xatırlatmaq istərdik ki, hazırda Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasına başlamış Azərbaycanı “etnik təmizləmə” niyyətində ittiham edənlər, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurdundan qovmasına, on minlərlə mülki azərbaycanlını qətliama məruz qoymasına, Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmasına, Azərbaycan ərazilərini minalarla çirkləndirərək məcburi köçkünlərin qayıtmasını əngəlləməsinə rəhmsizcəsinə göz yumurlar. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik leksikona “öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq” ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmaqla məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını əngəlləyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olublar. Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən, Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyandan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik. Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq", - açıqlamada vurğulanıb.
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)
![Bazar gününün HAVA PROQNOZU açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070093_15.jpg)
![Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722069581_14.jpg)
![Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070849_18.jpg)