Bizi sosial şəbəkələrdən izləyin:
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi növbəti oyunda uduzub.
Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv ikinci görüşdə Rumıniya ilə bacarmayıb.
Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycanın qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, milli ötən gün Türkiyəni məğlub etmişdi. Sentyabrın 21-də isə rəqib İsveçrə yığması olacaq.