Astarada selin törətdiyi fəsadlar artmaqdadır.
Ötən gecə Astara rayonunun Pensər-Şamətük dağlıq yolunun Şağlazüzə kəndindən keçən hissəsi çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.
Şağlazüzə-Siyokəş kəndlərini birləşdirən yoldakı körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün əvvəlcə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır. /Report/
 
                     
                     
                     
                             
                                                     
                                                 
                                                 
                                                 
                                                 
                                             
                                             
                                             
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                                                         
                             
                            