İcra başçısı və deputat şəhid məzarını ziyarət edib, il mərasiminə qatılıblar
Cəmiyyət
2196
15 Sep 2023 | 09:10

İcra başçısı və deputat şəhid məzarını ziyarət edib, il mərasiminə qatılıblar

12-14 sentyabr 2022-ci il tarixlərində düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Həsənov Ümid İlqar oğlunun Quba Rayon İcra Hakimiyyəti tərəfindən il mərasimi təşkil edilib.

 

İl mərasimi 14 sentyabr 2023-cü il tarixində Quba rayon İsnovqışlaq kəndində olub.

 

Faktinfo.az xəbər verir ki,il mərasimində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Vahid Əhmədov,YAP rayon təşkilatının sədri,rayonun hüquq-mühafizə orqanlarının və digər idarə rəhbərləri,eləcə də şəhid ailələri,qazilər,rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Mərasim iştirakçıları əvvəlcə kənd qəbirstanlığında şəhid Ümüd Həsənovun məzarını ziyarət edib,sonra isə il mərasiminə qatılıblar.

 

Faktinfo.az

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər