“Moskva və İrəvan artıq bir-birinə etibar etmir!”
Siyasət
2368
12 Sep 2023 | 20:06

“Moskva və İrəvan artıq bir-birinə etibar etmir!”

“Rusiyanın Ermənistana münasibəti mənfi mənada dəyişib. Vətən müharibəsi bunun ən böyük göstəricisidir”.

 

Bunu Moderator.az-a açıqlamasıdna politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Ermənistan da Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) açıq etimadsızlıq nümayiş etdirməkdədir:

 

“Rusiya Paşinyan hökumətindən narazıdır. Müharibəədn sonrakı dönəmdə təmas xəttində yaşanan gərginliklər fonunda da Rusiya Ermənistana dəstək vermədi. KTMT də baş verənlərlə bağlı susqunluq nümayiş etdirdi.

 

Ermənistan da Rusiya ilə narazılıq fonunda Avropa İttifaqı missiyasını bölgəyə dəvət etdi. Ermənistan KTMT təlimlərində iştirak etmədi. KTMT-nin İrəvanda keçirilən birgə bəyannaməsini imzalamadı. KTMT-dəki nümayəndəsini geri çağırdı və yerinə heç kimi təmsil etmədi. Bütün bunlar Rusiya ilə Ermənistana arasında pisləşən münasibətlərin göstəricisidir və bu mənadan Moskvanın İrəvana münasibətinin dəyişildiyi birmənalıdır. Bütün bunlar onu göstərir ki, artıq Moskva və İrəvan bir-birlərinə etibar etmir və buna görə də artıq səmimi müttəfiqlik münasibətlərindən danışmaq əbəsdir”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər