Bizi sosial şəbəkələrdən izləyin:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir. Konfrans çərçivəsində təşkil edilən sərgidə Bakı Dövlət Universiteti (BDU) də təmsil olunur.
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
Konfrans iştirakçıları tədbir zamanı sərgi ilə tanış olublar. Sərgidə BDU-nun Sosial iş kafedrasının əməkdaşlarının dərslik və dərs vəsaitləri, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı, doktorant Orxan Güləhmədovun eşitmə və görmə məhdudiyətli insanlar üçün ixtira etdiyi texniki qurğu, eləcə də BDU-nun fəaliyyətini əks etdirən broşur və bukletlər nümayiş etdirilib. Həmçinin sərgidə iştirakçılara BDU-da təhsil və karyera imkanları, Universitetin elmi-tədqiqat yönümlü və sosial layihələri haqqında ətraflı məlumat verilib.
BDU-nun təmsil olunduğu stend konfrans iştirakçılarında böyük maraq doğurub.