07:50
11°C
Bakı
Azərbaycanın İqtisadiyyat Nazirliyi və İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası (ICIEC) biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsini, ticarətin və investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılmasını müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru Usama Kaysi ilə görüşdük. Ölkəmizin ICIEC-ə üzvlüyü və ikitərəfli əməkdaşlıq çərçivəsində gündəlikdə olan məsələləri nəzərdən keçirdik”, - deyə nazir qeyd edib.