Mirsaleh Seyidov sıra baxışı keçirdixa0- FOTOLAR
Cəmiyyət
3739
02 Sep 2023 | 17:58

Mirsaleh Seyidov sıra baxışı keçirdixa0- FOTOLAR

Bu gün ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Xidmətdə kiçik rəis heyətində işə qəbulla bağlı müraciət etmiş namizədlərin sıra baxışını keçirib.
 
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən xəbərə görə, nazir müavini onların zahiri görkəmi, fiziki hazırlığı, bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
 
Kütləvi informasiya vasitələri, Penitensiar xidmətin rəsmi saytı və sosial şəbəkə səhifələrində əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş namizədlərdən 150 nəfər, o cümlədən 37 nəfər vətən müharibəsi iştirakçısı və 1 nəfər şəhid ailəsi üzvü növbəti seçim mərhələsinə buraxılıblar.
 
Mirsaleh Seyidov sıra baxışı keçirdi - FOTOLARMirsaleh Seyidov sıra baxışı keçirdi - FOTOLARMirsaleh Seyidov sıra baxışı keçirdi - FOTOLARMirsaleh Seyidov sıra baxışı keçirdi - FOTOLAR
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər