“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq
Cəmiyyət
2208
30 Aug 2023 | 16:40

“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq

“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq.
 
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq.
 
Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi, yekunda isə qala konsertin keçirilməsi nəzərdə tutulur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər