Neftçalada qanunsuz balıq ovuna qarşı əməliyyat - FOTOLAR
Kriminal
2095
29 Aug 2023 | 16:21

Neftçalada qanunsuz balıq ovuna qarşı əməliyyat - FOTOLAR

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. 
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Moderator.az-a verilən məlumata görə, Xəzər dənizinin sahilində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılar tərəfindən quraşdırılmış və uzunluğu 220 metr olan sintetik tor, eləcə də balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən aşkarlanaraq dənizdən çıxarılıb və həmin ərazidə məhv edilib.
 
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.
 
Neftçalada qanunsuz balıq ovuna qarşı əməliyyat - FOTOLAR
Neftçalada qanunsuz balıq ovuna qarşı əməliyyat - FOTOLAR
Neftçalada qanunsuz balıq ovuna qarşı əməliyyat - FOTOLARNeftçalada qanunsuz balıq ovuna qarşı əməliyyat - FOTOLAR
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər