“Zirə” mövsümün startında ardıcıl dörd qələbə qazanan 10-cu komanda olub
İdman
1952
28 Aug 2023 | 12:30

“Zirə” mövsümün startında ardıcıl dörd qələbə qazanan 10-cu komanda olub

“Zirə” Azərbaycan çempionatları tarixinə startda ardıcıl dörd qələbə qazanan 10-cu komanda kimi düşüb.
 
Peşəkar Futbol Liqasının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın 2023/24 mövsümündə “Qarabağ”, “Kəpəz” və “Sabah”ı eyni - 1:0, “Səbail”i isə 2:1 hesabı ilə məğlub ediblər.
 
Qəsəbə təmsilçisi tarixində ilk dəfə yarışa belə uğurlu start verib. 1992-ci ildən keçirilən çempionatda bunadək doqquz komanda belə starta imza atıb.
 
“Qarabağ” hamıdan çox – beş dəfə (2003/04, 2013/14, 2017/18, 2019/20, 2022/23) ilk dörd oyununda 12 xal toplayıb. “Neftçi” dörd fərqli mövsümə (1992/93, 1994/95, 1996/97, 2000/01) dörd qələbə ilə başlamağı bacarıb. “Şəmkir” (2001/02, 2003/04) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) hərəyə iki, digər beş komanda isə “Zirə” kimi, bir dəfə belə starta sevinib. “Xəzri” 1995/96, “Kəpəz” 1998/99, AZAL 2007/08, “Şəfa” 2003/04, “Sabah” 2022/23 mövsümünün əvvəlində qarşısıalınmaz olub.
 
Qeyd edək ki, startda dörd məğlubiyyət alan yeganə komanda “Qəbələ” isə ilk dəfə belə seriya yaşayıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər