Gen terapiyası alkoqolizmdən xilas edəcək
Ekskluziv
3025
27 Aug 2023 | 11:47

Gen terapiyası alkoqolizmdən xilas edəcək

"Biz nevroloji və ruhi pozuntuların gen terapiyası dövrünə qədəm qoymuşuq..."
 
"Spirli içkilərə meyl beynimizin biokimyasını dəyişir, söhbət mükafat hormonu olan dofamindən gedir..."
 
Amerika alimləri sınaq makaka meymunlarını ağır alkoqol asılılığından müalicə etməyi bacarıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Bunun üçün gen terapiyası və birbaşa beyinə iynələr tələb olunub.
 
Prosedur asan deyil, lakin ümidsiz alkoqoliklərə bu bəladan xilas olmaq şansı verir.
 
İstənilən asılılıq kimi, spirtli içkilərə meyl beynimizin biokimyasını dəyişir. Hazırkı halda söhbət mükafat hormonu olan dofamindən gedir.
 
"Bu hormon dayanıqlı davranışda və insanların müəyyən şeylərin xoş olduğunu hiss etməsində iştirak edir", - bunu yeni tədqiqat rəhbərlərindən biri, Oreqon Elm və Sağlamlıq Universitetinin Primatların Milli Tədqiqat Mərkəzindən professor Ketlin Qrant izah edir. 
 
"Alkoqol bu maddənin miqdarını artırır. Lakin daimi istifadə zamanı beyin uyğunlaşır və dofamin az ifraz edilir. Ona görə də spirtli içkilərə aludə olan insanlar əslində içkidən o qədər də çox ləzzət almır. Görünür, onlar sərxoşluq vəziyyətini saxlamaq üçün daha çox içir".
 
Əgər sistemi yenidən yükləsək və dofamin ifraz edən hüceyrələrə əvvəlki fəallığı qaytarsaq, onda necə olacaq? Bunu necə etməyi alimlər artıq bilib, çünki dofaminin çatışmazlığı ilə həmçinin bağlı olan Parkinson xəstəliyinin müasir gen terapiyası buna əsaslanıb.
 
Onun müalicəsi üçün beynin lazımi zonalarına maqnit-rezonans terapiyasının köməyilə dəqiq yeridilməni izləyərək ziyansız virus yeridilir. Onun genomuna qlial neyrotrofik amil (GDNF) adlanan zülal geni yerləşdirilib.
 
Virus geni dofamin neyronlarına yerləşdirilir və onlar əvvəlki güclə işləyir. Alkoqolizmin belə terapiyasının effektivliyini meymunlarda sınaqdan keçirmək qərarına gəlinib.
 
Tədqiqat üçün 5 yaşdan bir az çox olan makaki-rezusun 8 erkək növü seçilib, bu da 19-23 yaşında insana uyğundur. Bu yaşda onlar meymunlar insanlar kimi spirtli içkilərə meylli olur. Lakin təcrübə üçün meymunları içiriblər.
 
Müəyyən məqamda heyvanlara içmək üçün zəif pivə gücündə spirtli məhlul verilib. "Alkoqoldan gündəlik istifadə seansları 21 saat və 27 həftə davam edib  ki, alkoqoldan çoxlu miqdarda istifadə etmək vərdişi yaransın", - alimlər öz hesabatında yazıb.
 
Makakilər içkiyə alışdıqdan və spirlki içkiyə suya nisbətən üstünlük verəndə, müalicə zamanı yetişib. Onlar iki qrupa bölünüb. Bir qrupun beyninə GDNF, digər qrupa plasebo (yalançı maddə) yeridilib. Nəticə özünü çox gözlətməyib.
 
"Bu inanılmaz dərəcədə effektli olub, - Ketlin Qrant deyib. - Sərxoşluq, demək olar ki, sıfra bərabər olub. Bir neçə ay ərzində bu heyvanlar su içməyə üstünlük verib və alkoqoldan istifadədən yan keçiblər. Onlar alkoqoldan istifadəni o dərəcədə azaldıb ki, biz qanda alkoqolun miqdarını qeydə ala bilmədik".
 
Plasebo yeridilən meymunlarda heç nə baş verməyib. Amma GDNF yeridilənlər öz beyinlərində boyük həcmdə dofamin ifraz etməyə başlayıb.
 
Həm də onlar artıq qədərincə içə bilirdilər. Əgər makakalara seçim etmək imkanı verilirdisə, onlar müalicədən əvvəl tələb edilən 8-10 əvəzinə 1-2 porsiya ilə kifayətlənib, Ketlin Qrant "The Guardian" nəşrinin jurnalistlərinə izah edib.
 
"Biz nevroloji və mümkündür ki, ruhi pozuntuların gen terapiyası dövrünə qədəm qoyuruq və düşünürəm ki, bizim tədqiqatımız bu istiqamətdə çox ümidvericidir", - o, deyib.
 
Lakin tədqiqatçı qadın ehtiyatlı olmağa çağırış edir. Hər halda baş beyində cərrahi müdaxilə çətin və potensial təhlükəli prosedurdur. Və əgər sərxoşluqdan hər hansı başqa üsulla xilas olmaq mümkündürsə, onu sınaqdan keçirmək daha yaxşıdır.
 
"Əgər kiminsə həyatı bundan asılı deyilsə, siz invaziv və geriyədönməz terapiyaya getməməlisiniz", - professor Qrant əlavə edib.
 
Bundan başqa, heyvanlar üzərində təcrübələrdən insanların müalicəsinədək olan yol uzundur və çoxpilləli kliniki təcrübələri nəzərdə tutur. Ona görə də bu terapiyanın tibbi praktikada nə zaman tətbiq ediləcəyi o qədər də aydın deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər