Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi rusiyalılar arasında böyük sorğu keçirir
Ekskluziv
1815
25 Aug 2023 | 17:46

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi rusiyalılar arasında böyük sorğu keçirir

 
"Suallar əsasən Ukraynada xüsusi hərbi əməliyyat, Rusiyanın gələcəyi və ənənəvi dəyərlərlə bağlıdır..."
 
"Rusiya  vətəndaşlarının böyük əksəriyyəti sorğuda iştirak etməkdən imtina edir, çünki bunun təhlükəsiz olduğuna əmin deyil..."
 
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (bundan sonra Mərkəz-red.) rusiyalıların Ukraynada müharibə və onun ölkə üçün nəticələri barədə böyük tədqiqata başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Agentlik" nəşri Mərkəzin məktubuna istinadən yazıb. Məlumatı "theins.ru" nəşri yayıb.
 
Məktubda deyilir ki, il ərzində hər ay eyni respondentlərə suallar veriləcək. Onlara cəmi 20 sual ünvanlanacaq. Sorğunun keçirilməsi üçün Mərkəz hər kəsə 70 rubl təklif edir.
 
Rusiyanın dövlət sosioloqlarının suallarında Ukraynada müharibə barəsində soruşulur, sorğu edilənlər aşağıdakılarla razı olub-olmamasını göstərməlidir:
 
- İş o qədər dərinə çatıb ki, əgər Rusiya Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəlməzsə, rusiyalılar, sadəcə, məhv ediləcək;
 
- Ukraynada xüsusi hərbi əməliyyatın uzanması rusiyalı məmur və generalların xəyanətinin nəticəsidir;
 
- Rusiyada elitaların dəyişilməsinə ehtiyac var;
 
- Mən xüsusi hərbi əməliyyatdan yorulmuşam";
 
- Rusiyanın mövcud olmasının taleyi həll edilirsə, hərbi əməliyyatın uğur qazanması naminə istənilən vasitələrə haqq qazandırmaq olar.
 
Sosioloqlar həmçinin rusiyalıların xüsusi hərbi əməliyyatı dəstəkləməsi barədə sual ünvanlayıb.
 
Digər qrup suallarda Mərkəz rusiyalıların nədən narahat olduqları barədə maraqlanır. Respondentlərə  öz qorxularını 1-7 ballıq şkala üzrə dəyərləndirmək təklif edilir. 1 bal "qətiyyən narahat deyiləm", 7 bal "çox güclü dərəcədə narahatam" anlamını verir:
 
- doğum göstəricilərinin azalması;
 
- miqrantlar axını;
 
- terror aktları;
 
- ümumi səfərbərlik;
 
- vətəndaş müharibəsi, inqilab, siyasi iğtişaşlar;
 
- diktaturanın bərqərar olması, kütləvi repressiyalar;
 
- rusiyalı hərbi qulluqçular arasında itkilərin artması;
 
- Rusiyanın NATO ilə müharibəsi.
 
Mərkəz həmçinin respondentlərə Rusiyanı necə- "abad", "böyük", "müasir", "sosial" və ya "demokratik" ölkə kimi görməsini bölüşmək təklif edilir. Bu zaman "baxışlar və dəyərlərə yaxın olan" yalnız bir cavab, yaxud "cavab verməkdə çətinlik çəkirəm" cavabı verilə bilər.
 
Ayrıca sulallar bloku sosial ədalətə və ənənəvi dəyərlərə həsr edilib. O cümlədən sualların birində Mərkəz razılaşıb- razılaşmamaqla aşağıdakı mülahizələri təklif edir:
 
- əgər insanların yanaşması eyni olsaydı, cəmiyyətdə problemlər azalardı;
 
- Mən hesab edirəm ki, bakirəlik mühüm məziyyətdir;
 
- Cəmiyyət üçün insanların hakimiyyətin diktəsi altında yaşamasındansa, öz həyatlarına görə məsuliyyəti öz üzərinə götürməsi daha yaxşıdır;
 
- Mən nikahdan öncə bakirəliyini saxlayan adamlarla heyranam.
 
Sonda Mərkəz rusiyalılardan məlumatların hansı mənbələrdən aldıqlarını soruşur. Cavab variantları arasında internetdə və televizor qarşısında keçirilən zaman var.
 
Qeyd edək ki, hazırda Rusiyada sosioloqlar praktiki olaraq mövcud deyi, çünki Rusiya vətəndaşlarının böyük əksəriyyəti xüsusilə müharibə ilə bağlı sorğularda iştirak etməkdən imtina edir.
 
Bu yaxınlarda "Russkoye pole" tədqiqat qrupunun hesabatında sorğudan imtina edənlərin aybaay təxminən 80 faiz ətrafında olduğu deyilir. 2022-ci ilin dekabrında sosioloqların suallarına cavab verməkdən imtina edənlərin sayı rekord həddə çataraq 92, 5 faiz, bu ilin iyun ayında isə 79, 2 faiz təşkil edib.
 
ABŞ Ratger Universitetinin professoru Sergey Yerofeyevin sözlərinə görə, insanlar, sadəcə, qorxur, həqiqəti söyləməyin təhlükəsiz  olduğuna əmin deyil. Nəticədə alınan mütləq rəqəmlərə qətiyyən etibar etmək olmaz, Yerofeyev güman edir.
Link kopyalandı!
Son xəbərlər