Priqojini kim öldürüb? – Britaniya kəşfiyyatından fərqli versiya
Dünya
2329
24 Aug 2023 | 20:55

Priqojini kim öldürüb? – Britaniya kəşfiyyatından fərqli versiya

Böyük Britaniya hərbi dairələrində ən çox ehtimal edilən versiya budur ki, “Vaqner” lideri Yevgeni Priqojinin təyyarəsinin vurulmasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) dayanır .
 
Teleqraf.com xəbər verir ki, bunu britaniyalı jurnalist (BBC) Frank Qardner deyib.
 
Qardner qeyd edir ki, FSB zabitləri Rusiya Prezidenti Vladimir Putinə tamamilə sadiqdirlər, eyni zamanda sərhəd xidməti onlara tabedir.
 
Mənbənin fikrincə, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov Priqojinin ölümü nəticəsində siyasi mövqelərini gücləndiriblər: “Tandem öz məqsədinə çatıb”.
 
Avqustun 23-də Priqojin və daha 10 nəfərin olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Priqojin də daxil olmaqla, heç kim sağ qalmayıb.
 
Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov hesab edir ki, bu sui-qəsdin arxasında Şoyqu dayanır.
Link kopyalandı!
Son xəbərlər