Rusiya futbolunda biabırçı hadisə: Futbolçu kamerunlu hakimi döydü - VİDEO
Dünya
1803
22 Aug 2023 | 19:30

Rusiya futbolunda biabırçı hadisə: Futbolçu kamerunlu hakimi döydü - VİDEO

Rusiyanın Çelyabinsk şəhərində 8x8 futbol üzrə Şimal-Qərb Liqasında baş tutan “Bajov” - “Katren” qarşılaşmasında kamerunlu hakim Maksim Jorj döyülüb.

“Bajov”un futbolçusu Telman Snjoyan hakimi vurub. Hadisə canlı yayımda nümayiş olunub.

Qaradərili hakim əvvəlcə müqavimət göstərib. Lakin futbolçu onu yerə yıxıb və vurmağa davam edib. Digər oyunçuların müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.

Bu hərəkətinə görə Snjoyanın liqadan kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma “Katren”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Link kopyalandı!
Son xəbərlər