Türkiyənin ticarət naziri: “Aİ ilə gömrük ittifaqı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik”
Siyasət
1937
20 Aug 2023 | 17:30

Türkiyənin ticarət naziri: “Aİ ilə gömrük ittifaqı çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik”

Türkiyə və Avropa İttifaqının nümayəndələri sentyabrda gömrük ittifaqı çərçivəsində əlaqələrinin yol xəritəsinin yenilənməsi məsələlərini müzakirə edəcəklər.

Bu barədə “Milliyet” qəzeti Türkiyənin ticarət naziri Ömər Bolata istinadən məlumat yayıb.

"Yol xəritəsinin yenilənməsi ilə bağlı görüş sentyabrın 6-da Ankarada keçiriləcək. Orada Aİ və Avropa Komissiyasının nümayəndələri iştirak edəcək. Sentyabrın 25-də Brüsseldə bu məsələyə Avropa Komissiyasının rəhbərliyi ilə baxılacaq", - nazir bildirib.

NATO-nun iyul ayında Vilnüsdə keçirilən sammitində Türkiyə Avropa İttifaqı arasında danışıqlar prosesində maneələrin aradan qaldırılması, gömrük ittifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və viza rejiminin liberallaşdırılması müqabilində İsveçin alyansa daxil olmasına dəstək verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, Aİ ilə gömrük ittifaqı çərçivəsində əlaqələrin yol xəritəsinin yenilənməsi ilə bağlı razılıq əldə olunub.

Link kopyalandı!
Son xəbərlər