Guya Xankəndinə eşşəklə gəlirlər...-“Eşşək palçığa batdığı yerdən bir də keçmir
Ekskluziv
2876
18 Aug 2023 | 09:35

Guya Xankəndinə eşşəklə gəlirlər...-“Eşşək palçığa batdığı yerdən bir də keçmir"...-FOTO

"Nə yazıqlar ki, Qarabağdakı haykların çoxu hələ də bu gerçəyi anlamır və  yenə də həmin Moskvanın, Parisin və s. təhriki ilə 30 il tapdadıqları, ağnadıqları “miatsum”, “böyük Ermənistan”, “müstəqil artsax respublikası” palçığından bir daha keçməyə cəhd göstərirlər..."  
 
Bu foto avqustun 16-da Xankəndində çəkilib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, guya qoca erməninin Yuxarı Qarabağın hansısa kəndindən Xankəndinə uzunqulaqla gəldiyini əks etdirən fotonu  Nanar Poqosyan adlı axçi çəkib və “Facebook”da paylaşıb.
 
Erməni kişi fotosunu çəkən cavan soydaşına guya Xankəndinə qızını yoluxmaq üçün hansısa kənddən eşşəklə gəldiyini və buna səbəb nəqliyyatın işləməməsinin olduğunu söyləyib. 
 
N.Poqosyan uzunqulaqla gələn hayk kişidən şəklini çəkməsi üçün icazə istəyib və bu fotonu Qarabağdakı soydaşlarının guya "doğrudan da “blokada”da qalmasının sübutu kimi" dünyaya yayacağını bildirir...
 
P.S. Bəlkə də bu hayk qoca doğrudan da hansısa kənddən Xankəndinə eşşəklə gəlib... Amma o dəqiqdir ki, çar dövründə də, sovet dövründə - 1988-ci ilədək Azərbaycanın bu Qarabağ torpağının dağlıq hissəsində də, Bakıda, Sumqayıtda, Gəncədə də və s. azərbaycanlılarla müqayisədə qat-qat firavan yaşayan gəlmə, köçürülmə hayklar “Eşşək palçığa batdığı yerdən bir də keçmir” məsəlini  unudublar. Çünki son 30-35 ildə Moskvanın, Parisin, İrəvandakı daşnakların, keşişlərin fitvası ilə torpaqlarımızı işğal etdi, bizləri amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, didərgin saldılar, yurdlarımızı xaraba qoydular... Fəqət, əvəzində bu qanlı genişmiqyaslı təxribatı təşkil edən bir qrup “KQB”, “QRU” casusları istisna olmaqla,  qalanlarının sosial durumu acınacaqlı günə düşdü. Nə yazıqlar ki, Qarabağdakı haykların çoxu hələ də bu gerçəyi anlamır və  yenə də həmin Moskvanın, Parisin və s. təhriki ilə 30 il tapdadıqları, ağnadıqları “miatsum”, “böyük ermənistan”, “müstəqil artsax respublikası” palçığından bir daha keçməyə cəhd göstərirlər...  
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər