"Qərb döyüş əməliyyatlarının Rusiya ərazisində getməyəcəyinə və Putin rejiminin çöküşü üçün heç bir fəaliyyətdə olmayacağına zəmanət verib..."
"Müharibə yalnız nəticədir, başlıca səbəb Putinin özüdür..."
Yalnız Putin rejiminin çöküşü Ukraynanın gerçək qələbəsinu təmin edəcək. Putin dönəmində müharibə bu və ya digər formada davam edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukrayna Təhlükəsizlik Xidməti əkskəşfiyyatının sabiq rəhbəri Valeri Kondratyuk bəyan edib.
Ukraynanın Rusiyanın törətdiyi təcavüzkar müharibədə qələbəsinin necə olacağı barədə müəyyənliyə nail olmağa imkan verməyən başlıca problem bu gün Rusiyanın özündə deyil, ABŞ və Ukraynanın digər Qərb tərəfdaşlarının dəqiq olmayan mövqeyindədir, o, deyib.
"Onlar bu gün Rusiya ilə, məsələn, Putindən sonra necə davranmağı anlasalar, düşünürəm ki, bir çox şeylər sürətlənəcək və dəyişəcək. Bu, təkcə bizə lazım olan silahların alınması deyil, bu silahlar geniş əkshücum, ilk növbədə minalardan təmizləmə üçün texnika, aviasiya müdafiəsi və bir çox başqa şeylər üçün lazımdır", - UTX-nın əkskəşfiyyatının sabiq rəhbəri güman edir.
Kondratyukun sözlərinə görə, hazırda "Qərb buna hazır deyil".
"Görünür, həqiqətən müharibə başlanandan hansısa "qırmızı xətlər" mövcuddur və onlar şərti olaraq nüvə silahının tətbiqi ilə üçüncü dünya müharibəsinin qarşısını alır.
Yəni "biz Qərb olaraq döyüş əməliyyatlarının Rusiyanın ərazisində getməyəcəyinə zəmanət veririk və Putin rejiminin çöküşü üçün heç bir fəaliyyətdə olmayacağıq", - o, istisna etməyib.
O, xatırladıb ki, Rusiyada "Vaqner qrupu" başçısının yürüşü başlayanda amerikalılar Ukraynanın bu zaman cəhbədə rusiyalılara hücum etməməsi və işğalçı ölkənin ərazisinə soxulmaması üçün "təkidli səylər" göstərib.
O, hesab edir ki, ABŞ belə taktikanı ona görə seçib ki, "Amerika tərəfinin bu "qırmızı xətləri" keçməsi və razılaşmaları pozmağa hazır olması ilə bağlı Putinin etimadı sarsılmasın".
"Bu gün üçün bu, düşünürəm ki, çox böyük yanlışlıqdır. Çünki bizim qələbəmizi bu gün yalnız torpaqlarımızın azad edilməsi ilə bağlayırlar.
Lakin bizim gerçək qələbəmiz Putin rejiminin çöküşü ilə əldə edilıcək. Çünki ərazilərin azad edilməsi yalnız səbəbdir. Müharibə yalnız səbəbdir, daha doğrusu, nəticədir. Başlıca səbəb Putinin özüdür", - Kondratyuk bəyan edib.
Onun fikrincə, əgər Ukrayna bu yolla gedəcəksə, yalnız "qələbənin yarısını" əldə edəcəksə, o zaman təxirə salınmış müharibəyə, hibrid müharibəsinə düçar olacaq.
"Və ya sonra yenidən genişmiqyaslı müharibə olacaq. Çünki Putin müharibəyə gündə az pul xərcləyəcək, amma bizi raketlərlə atəşə tutacaq, bizə hücum etməkdə davam edəcək, hibrid müharibəsi davam edəcək", - o, proqnoz verib.
Kondratyuk əmindir ki, bu gün Qərbin Ukraynaya təhlükəsizlik zəmanətlərindən danışmasına rəğmən, "bu, gözlədiyimiz sülhə gətirməyəcək".