“Açıq-saçıq geyimli qadınlar aysberqin görünən tərəfidir...-Cəmiyyəti əslində kişilər pozur...” 
Ekskluziv
2333
17 Aug 2023 | 14:28

“Açıq-saçıq geyimli qadınlar aysberqin görünən tərəfidir...-Cəmiyyəti əslində kişilər pozur...” 

“Başqa qadınlara meyl edən kişi öz qadınına nəzarət edə bilmir, özünün çirkin iş gördüyünü bildiyi üçün ailəsinin qarşısında gözükölgəli olur...”
 
Fəal oxucumuz Vüsal Abıyev son onilliklərdə dünyada və təəssüf ki, müsəlman(!), türk(!) məmləkəti sayılan Azərbaycanda da sürətlə kütləviləşən əxlaqi-mənəvi pozğunluq mövzusunda bir məqalə təqdim edib. Aktuallığını nəzərə alaraq materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
Zinaya (qeyri-rəsmi cinsi münasibət) meyilli kişilər çoxaldıqca, ailələrdə sevgi və diqqət çatışmazlığı artır. Bizim cəmiyyətdə Kişi həmişə aparıcı rol oynadığı üçün, ailə onun verdiyi enerji ilə hərəkət edir. Kişi həyat yoldaşından başqasına meyl etdikcə, bu, Qadının şəxsiyyətini, mənliyini alçaldır, psixologiyasında pozğunluq əmələ gətirir. Nəticədə ərləri tərəfindən  sevilməyən qadınlar "ordu"su yaranır. Cəmiyyət, psixologiyasında problem olan bu "ordu" ilə təhdid olunur. Qadın qəlbində yaranmış sevgi boşluğunu doldurmağa cəhd etməklə, - bunun ən asan yolu açıq-saçıq, fərqli geyimlər geyinməkdir, - məşğul olur. Və bu məşğulluq pis vərdişə çevrilir... Necə ki, valideynləri tərəfindən yetərincə sevgi görməyən uşaq nəticədə yaramaz bir şəxsə çevrilir.
 
Biz kənardan nəticəni görürük. Nəticəni görmək hələ səbəbi tapmaq deyil. Səbəb kişilərin zinaya meyilli olmasıdır. İnanmırsınızsa, kişilərin niyə telefonlarına kod qoyması haqqında fikirləşin...
 
Bizim Şərq İnsanının minillərdir öz həyat fəlsəfəsi var. Düzdür, bu fəlsəfəyə savadsızlıq, cahillik, fanatizm də qarışıb, amma hər Yaxşının tərkibində Pis ola bilər. Vacib olan bu Pisi aşkar edib Yaxşıdan qoparmaqdır...
 
Başqa qadınlara meyl edən kişi, öz qadınına nəzarət edə bilmir, özünün çirkin iş gördüyünü bildiyi üçün ailəsinin qarşısında gözükölgəli olur...
 
İncildə yazıldığı kimi: "Birinci günahı olmayan daş atsın"... Səhv iş görən adam ailəsinə nəsihət edə bilməz... 
Nəticədə yüzillərin milli ailə institutu zədələnir...
Bu, gələcəyə atılan bomba effektli problemin həlli nədə ola bilər ?...
Bəlkə, zinakarlara, başqalarına ibrət olsun deyə çubuq virulsun ???...
Heç olmasa, virtual "çubuq"... 
 
Keçmişdə ata-babalarımızın mənəvi, əxlaqi pozğunluqlara qarşı ən kəskin silahı məhz ictimai qınaq idi... Pozğunlara heç kəs salam  vermirdi...
 
Vüsal Abıyev
 
Link kopyalandı!
Son xəbərlər