Azərbaycan millisinin voleybolçusu:
İdman
1772
17 Aug 2023 | 13:29

Azərbaycan millisinin voleybolçusu: "Avropa çempionatında mübarizəyə köklənmişik"

"Komandada abu-hava yaxşıdır, tam olaraq mübarizəyə köklənmişik".
 
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Avropa çempionatı ilə bağlı danışarkən deyib.
 
28 yaşlı oyunçu artıq avqustun 18-dəki ilk oyunun hazırlıqlarına başladıqlarını bildirib: "Düsseldorfa gəldiyimiz gün istirahət etdik. Otelə yerləşdikdən sonra şəhəri gəzdik. Bir gün sonra isə məşqləri bərpa etdik. Səhər məşqində fitnes hazırlığı oldu. Axşam isə toplu çalışmalara üstünlük verdik. Artıq ilk rəqibimiz olan Çexiya yığmasını təhlil etməyə başlamışıq".
 
Yelizaveta Ruban baş məşqçinin bu qarşılaşma üçün müəyyənləşdirdiyi taktikanı mənimsəməyə çalışdıqlarını diqqətə çatdırıb: "Əlbəttə, ümumilikdə çətin olacaq. Çünki ardıcıl 5 oyun keçirəcəyik. Arada yalnız bir gün fasilə olacaq. Amma təbii ki, bütün komandalar üçün durum eynidir. Hamının hədəfi qrup səddini adlamaqdır. Qarşılaşmalar çox maraqlı olacaq. Fanatlardan bizi izləməyi və azarkeşlik etmələrini istəyirəm".
 
Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər