Danimarka gücləndirilmiş sərhəd nəzarətinin müddətini artırıb
Dünya
1716
16 Aug 2023 | 21:34

Danimarka gücləndirilmiş sərhəd nəzarətinin müddətini artırıb

Danimarka polisi sərhəd nəzarətini gücləndirmək qərarının qüvvədə olma müddətini avqustun 22-dək uzadıb.

Bu barədə qurumun yaydığı press-relizdə bildirilib.

“Mövcud təhlükə mənzərəsinin inkişafı ilə əlaqədar olaraq, polis 22 avqust 2023-cü il tarixinə qədər Danimarkanın daxili sərhədlərində müvəqqəti olaraq aktiv fəaliyyətini davam etdirəcək”, - məlumatda deyilir.

Krallıqda Quranın yandırılması ilə bağlı aksiyalardan sonra görülən bu tədbir daha əvvəl avqustun 17-dək qüvvədə idi. Bu, o deməkdir ki, polis İsveç və Almaniyadan Danimarkaya gələn insanların təsadüfi yoxlamasını davam etdirəcək.

Daha əvvəl Danimarka Ədliyyə Nazirliyindən bildirilmişdi ki, Polis Kəşfiyyat Xidmətinin (PET) tövsiyəsi əsasında milli polis Danimarkanın daxili sərhədlərində səyləri müvəqqəti gücləndirməyi zəruri hesab edib.

Link kopyalandı!
Son xəbərlər