Ağsuda yanğıntörətmə faktının üstü açılıb - FOTO
Hadisə
1966
16 Aug 2023 | 15:30

Ağsuda yanğıntörətmə faktının üstü açılıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Nazirlikdən bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, beş hektar ərazidə biçilmiş taxıl sahəsi, iki hektar ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.
 
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
 
Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayon, Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov Bəhlul Fəyyaz oğlu tərəfindən törədildiyi müəyyən edilib.
 
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
 
Link kopyalandı!
Son xəbərlər