Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq
Sağlamlıq
1835
15 Aug 2023 | 14:46

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.
 
Moderator.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
 
Belə ki, dəyişikliklə bundan sonra dərman vasitələrinin dövlət reyestri həyata keçiriləcək.
 
Qeyd edək ki, dövlət reyestri bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.
 
Link kopyalandı!
Son xəbərlər