Kənd Təsərrüfatı Nazirliyi məhsullarını satmaq istəyən şəxslərə müraciət edib
Cəmiyyət
2220
15 Aug 2023 | 09:40

Kənd Təsərrüfatı Nazirliyi məhsullarını satmaq istəyən şəxslərə müraciət edib

Kənd təsərrüfatı məhsullarını satmaq istəyən şəxslər sentyabrın 1-nə qədərə tedaruk.az saytına daxil olaraq dövlətə məxsus satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məhsullarını satmaq istəyən şəxslərə müraciətində bildirilir.

Nazirlik bəyan edib ki, istehsalçı və satıcılar saytda növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı - tedaruk.az dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsulları satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçıları və satıcıları birləşdirən platformadır. Portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.

Link kopyalandı!
Son xəbərlər