Fransada 5 mərtəbəli binada yanğın: 3 nəfər ölüb, 21 nəfər yaralanıb
Dünya
2511
13 Aug 2023 | 12:31

Fransada 5 mərtəbəli binada yanğın: 3 nəfər ölüb, 21 nəfər yaralanıb

Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində bir binada baş verən yanğında 3 nəfər ölüb, 21 nəfər yaralanıb.
 
Moderator.az Haber Globala istinadla xəbər verir ki, səhər saatlarında Qras şəhərində 5 mərtəbəli binada yanğın baş verib.
 

Hadisə zamanı 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.

Bölgəyə 50-yə yaxın xilasedicinin gələrək 17 maşınla müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.

Yanğının baş verdiyi bina və ətrafdakı tikililər ehtiyat tədbiri olaraq təxliyyə edilib.

Səbəbi hələ dəqiqləşdirilməyən yanğınla bağlı araşdırmalara başlanılıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər