Çin ABŞ-ı Tayvan boğazında gərginlik yaratmaqda ittiham edib
Dünya
2477
13 Aug 2023 | 09:20

Çin ABŞ-ı Tayvan boğazında gərginlik yaratmaqda ittiham edib

Tayvan boğazı böhranının əsas səbəbi ABŞ-ın Tayvan məsələsindən Çinə qarşı istifadə etmək cəhdlərindədir.

Bu açıqlama ilə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi çıxış edib.

“Faktlar bir daha sübut edir ki, Tayvan boğazında davam edən gərginliyin kökündə Tayvan hakimiyyətinin qondarma müstəqillik məsələsində ABŞ-a güvənmək cəhdi və ABŞ-ın Tayvanı Çini cilovlamaq üçün istifadə etməkdə israr etməsi dayanır”, - məlumatda vurğulanıb.

Link kopyalandı!
Son xəbərlər