Yəməndə il yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı sərbəst buraxılıb
Dünya
1986
11 Aug 2023 | 21:00

Yəməndə il yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı sərbəst buraxılıb

2022-ci ilin fevralında Yəmənin cənubunda, səfər missiyasından sonra Ədənə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.

Bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında deyilir.

“Baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü - Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnundur. Mövcud məlumata görə, həmkarlarımızın hamısının səhhəti yaxşıdır”, - məlumatda vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər