Ağstafada avtomobil qəzası olub, 6 nəfər xəsarət alıb
Hadisə
1976
11 Aug 2023 | 18:35

Ağstafada avtomobil qəzası olub, 6 nəfər xəsarət alıb

Ağstafa rayonunun Aşağı Göycəli kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"VAZ" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü Ş.Məmmədova, 2016-cı il təvəllüdlü T.Məmmədov, 2013-cu il təvəllüdlü C.Məmmədov, 1984-cü il təvəllüdlü C.Məmmədov və 1982-ci il təvəllüdlü V.Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını da digər minik avtomobili ilə toqquşub. Bu səbəbdən əraziyə növbəti təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər