11:33
12°C
Bakı
Aydının Çine rayonunda arı sancmasından sonra xəstələnən və xəstəxanaya aparılan kişi dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, Mustafa Fidan (52) heyvanlarının yanında olarkən bədəninin müxtəlif nahiyələrindən arı sancıb.
Qəfil vəziyyəti pisləşən Fidan yaxınları tərəfindən Çine Dövlət Xəstəxanasına aparılıb. Fidan xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq vəfat edərkən, Fidanın arılara qarşı allergiyası olduğu öyrənilib. Mustafa Fidanın cənazəsi Çaltı qəbiristanlığında torpağa tapşırılacaq.
Mənbə:İHA