Ekskluziv
2416
10 Aug 2023 | 21:03

"Bayden Konqresdən Ukrayna üçün milyardlarla dollar yardım tələb edəcək" - "Bloomberg"

"Pentaqon bəyan edir ki, Konqresdən pul istəməyə zərurət yoxdur, çünki ABŞ administrasiyası Ukraynaya yardım üçün 6 milyard dollara malikdir..."
 
Sorğuya müdafiəyə əlavə 13 milyard dollar daxil ediləcək
 
ABŞ prezidenti Co Bayden Konqresdən əlavə maliyyələşməyə 25 milyard dollarlıq sorğu göndərmək niyyətindədir. Bu vəsaitlər o cümlədən Ukraynaya yardım üçün göndəriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "Bloomberg" nəşri yazıb.
 
Maliyyələşməyə əlavə sorğuya təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına təxminən 12 milyard dollar və müdafiəyə Ukraynaya yardım xərcləri ilə birlikdədaxil 13 milyard dollar daxil ediləcək.
 
Sorğu, ehtimal ki, qısamüddətli xərclər haqqında lazımi qanunvericiliyə əlavə ediləcək.
 
ABŞ-ın Ukraynaya yardımı-bunları bilmək lazımdır
 
2022-ci ilin may ayında ABŞ Ukraynaya hərbi dəstək üçün 40 milyard dollar, ötən ilin mart ayında 13, 6 milyard dollar ayırıb.
 
Dekabr ayında Konqres Ukraynaya hərbi dəstək üçün 45 milyard dollar məbləğində əlavə maliyyələşməni təsdiq edib, bu, sentyabrın 30-da başa çatacaq maliyyə ili ərzində davam etməlidir.
 
Konqresdən Ukraynanın əlavə maliyyələşməsinə ediləcək sorğu Kapitolidə onsuz da dövlət maliyyələşdirilməsi uğrunda kəskin mübarizəni daha da sərtləşdirəcək, jurnalistlər qeyd edib. 
 
Avqustun 9-da ABŞ Milli Təhlükəsizlik Şurası strateji kommunikasiyalar  üzrə koordinator Con Kirbi bəyan edib ki, prezident administrasiyası ictimai rəyə rəğmən Kiyevə yardım göstərməkdə davam edəcək.
 
O, qeyd edib ki, yardımın davam etdirilməsi həm Ukrayna, həm də ABŞ-ın müttəfiqləri, xüsusilə NATO tərəfdarları üçün vacibdir.
 
Pentaqon bəyan edir ki, Konqresdən pul istəməyə zərurət yoxdur. ABŞ administrasiyası Ukraynaya yardım üçün ən azı 6 milyard dollara malikdir, bu barədə Pentaqonun rəsmi nümayəndəsinin müavini Sabrina Sinqh məlumat verib.
Link kopyalandı!
Son xəbərlər